Prezident seçkilərini müşahidə etmək üçün 55 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

24 Mart 2018 15:38 (UTC+04:00)

Aprelin 11-də keçiriləcək prezident seçkilərində yerli müşahidəçilərin sayı açıqlanıb.

Movqe.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.