Cəlilabadda 3 otaqlı ev yanıb

24 Mart 2018 20:36 (UTC+04:00)

Cəlilabad rayonunda yanğın olub.

Movqe.az-a FHN-dən verilən məlumata əsasən, rayonun Sabirabad kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülub.