Venesuelada prezident seçki kampaniyası başlayıb

2 Aprel 2013 12:35 (UTC+04:00)

Movqe.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Venesuelada artıq seçki kampaniyası başlayır. Dövlət başçısı Uqo Çavezin ölümü ilə bağlı  növbədənkənar prezident seçkisinin 14 aprel tarixində keçirilməsi planlaşdırılır. Milli Seçki Şurası seçkiqabağı təşviqat kampaniyasını 2-11 aprel tarixlərinə qədər maksimal dərəcədə məhdudlaşdırıb.


Ölkədə hakim Birləşmiş Soialist Partiyasından dövlət başçısı  postu üçün müvəqqəti prezident Nikolas Maduro mübarizə aparacaq. Onun rəqibi isə, müxalif Demokratik Birlik Blokunun vahid namizədi Enrike Kaprilaesdir.  


Qeyd edək ki, Maduro əhalinin yoxsul təbəqəsinin dəstəyindən istifadə etdiyi halda, Kapriles orta və ölkənin təminatlı təbəqəsinin səslərini özünə cəlb edə bilib.  

Keçirilən sorğunun nəticələri isə, Maduronun qələbə çalacağını göstərir.