Berezovski harada dəfn ediləcək?

2 Aprel 2013 12:17 (UTC+04:00)

Martın 23-də Böyük Britaniyada dünyasını dəyişmiş rusiyalı oliqarx Boris Berezovski Londonda dəfn ediləcək. Rusiya kütləvi-informasiya vasitələrinin Berezovskinin ailəsinə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, oliqarx Londonun Hannersberi məzarlığında dəfn olunacaq. Lakin dəfn mərasiminin tarixi barədə hələlik məlumat verilmir.


Boris Berezovskinin Rusiyada dəfn edilməməsi isə onun ailə üzvlərinin əksəriyyətinin Böyük Britaniya və digər Avropa ölkələrində yaşaması ilə izah edilir.


Qeyd edək ki, son illər ağır depressiyadan əziyyət çəkən Boris Berezovskinin özünü asaraq intihar etməsi və ya boğularaq öldürülməsi versiyası da istintaq tərəfindən araşdırılır.