"Dövlətqaçqınkom"-dan aksiya keçirənlərə cavab

2 Aprel 2013 14:35 (UTC+04:00)
"Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında aksiya keçirənlərin tələbləri əsassızdır. Onlar tələb edirlər ki, BDU-nun yataqxanasında məskunlaşmış məcburi köçkünlər kimi onlara da ev verilsin. Amma onlara ev düşmür. Çünki, aksiyada ev tələb edənlər yerli vətənaşlarla nikaha giriblər. Ailə qurandan sonra həyat yoldaşları ilə birgə valideynlərinin yanına yığılıblar. Yerli vətəndaşlarla ailə quranlara ev düşmür. Amma onların valideynlərinə ev verilib. İndi də tələb edirlər ki, özlərinə verilsin. Bu əsassız tələbdir".
Bu sözləri  Movqe.az-a Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya və məşğulluq şöbəsinin müdiri Sənan Hüseynov
Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında məcburi köçkünlərin keçirdiyi aksiyaya münasibət bildirərkən söyləyib.  Qeyd edək ki, BDU-nun 5 nömrəli yataqxanasının sakinləri, təxminən 37 ailə yolları bağlayaraq yeni tikilən qəsəbədə onlara evin verilməməsindən narazılıq edirlər.