Kişilərə gündə iki dəfə çay içmək məsləhətdir

2 Aprel 2013 15:12 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Niderlandın Maastrix Universitetinin alimləri belə hesab edirlər ki, gündə iki dəfə çay içmək kişilərdə prostat vəzi xərçəngi riskini 1/3 qədər azaldır.

Gündəlik çay içən kişilərdə prostat vəzi xərçəngi, həftədə 1 dəfə çay içənlərə nisbətən  37% az müşahidə olunur. Prostat vəzi xərçəngindən əziyyət çəkən 892 və eyni sayda sağlam kişi arasında onların qida vərdişləri ilə bağlı aparılan tədqiqatın nəticələri bunu deməyə əsas verib. 


Tədqiqatın müəllifləri hesab edirlər ki, çayın faydalı xüsusiyyətləri onun tərkibində olan  polifenollarla bağlıdır.


Qeyd edək ki, yapon alimləri bir müddət əvvəl, müəyyən etmişdilər ki, qəhvə və yaşıl çayı mütəmadi qəbul etmək insult riskini 14-20% azaldır.