"Şagird-Məzun" sisteminin formalaşdırılması işi yekunlaşmaq üzrədir

2 Aprel 2013 16:08 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin həyata keçirilməsi ilə əlaqədar olaraq TQDK tərəfindən 2012-2013-cü tədris ili üçün "Şagird-Məzun" sistemi məlumatlar bazasının formalaşdırılması işi yekunlaşmaq üzrədir. Hazırda IX siniflər  üzrə 120597 şagird, XI siniflər üzrə 93542 şagird (cəmi 214139 şagird) barədə məlumat sistemə daxil edilmişdir ki, bu da daxil edilməli olan məlumatların 98 faizini təşkil edir.  


Ölkənin ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərdən xahiş olunur ki, "Şagird-Məzun" sisteminə daxil olaraq, şəxsi məlumatlarını və keçən ilki qiymətlərini yoxlasınlar.


Əgər hər hansı bir uyğunsuzluq aşkar edərlərsə, tədris müəssisələrinin rəhbərlərinə məlumat vermələri xahiş olunur.


Qeyd:  Şagirdlər sistemə iş nömrəsi, şəxsiyyət vəsiqəsinin nömrəsi və ya TİMS kodundan istifadə etməklə daxil ola bilərlər.