JEK-lərə verilən mənzil haqlarının artırılması təklif olunur

3 Aprel 2013 11:10 (UTC+04:00)
Məlumdur ki, hazırki qanunverciliyə görə, Mənzil İstismar İdarəsinin (MİS) nəzdində olan mənzillərin saxlanılmasına görə hər kvadratmetr üçün müvafiq olaraq 1 və 2 qəpik pul yığılır. Yəni, əgər mənzil tam kommunal təminatlı olarsa, bu vəsait 2, qismən kommunal təyinatlı, yarızirzəmi və kommunal tipli mənzillər üzrə isə 1 qəpik ödənilir. Ancaq praktika göstərir ki, reallıqda həmin vəsait çox azdır. Mütəxəssislər isə yığılan vəsaitin arıtılması ilə yanaşı, həm də bu funksiyanın icra mexanizminin dəyişdirilməsini təklif edirlər. Çünki hazırda yığılan məbləğ MİS-lər və ya əhali arasında deyildyi kimi JEK-lər tərəfindən mənzilləər hansısa xidmətin göstərilməsini mümkünsüz edir.
"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin üzvü Rövşən Talıbzadə bildirdi ki, bugünki qanunverciliklə, özəlləşdirilmiş mənzillərdən həm əmlak vergisi, həm digər kommunal xidmətlərlə bağlı xidmət haqqı yığılır: "Amma bu gün əmlak vergisini kim yığmalıdır? Hazırda bu məsələ mübahisəlidir. Mənzil Məcəlləsi ilə MİS-lər ləğv olunub. Amma hazırda MİS-lər də sakinlərdən mənzil haqqı yığmaqda davam edirlər. Mənzil Məcəlləsi isə deyir ki, əmlak vergisi bələdiyyələr tərəfindən yığılmalıdır. O da çıxarışla olur. Vətəndaşlara texniki pasport verəndə mənzilin inventar dəyəri göstərilməlidir. Qanunverciliyə görə, daşınmaz əmlakın inventar dəyəri 5 min manatadək olduqda vergi tutulmur. Bu məbləğdən çox olduqda isə inventar dəyərin 0.1 faizi qədər vergi tutulur. Bu da bələdiyyələr tərəfindən yığılaraq onların büdcəsinə köçürülür. Bu tutulan məbləğ illik olur və bundan başqa vergilərin də verilməlisi qanuna ziddir. Ancaq hazırda vətəndaşlar ödənişi kimə edəcəyini bilməlidirlər".