Hindistanda meymun uşağı qaçırıb öldürdü

3 Sentyabr 2018 11:27 (UTC+04:00)

Hindistanın Orissa ştatında meymun yeni doğulan körpəni qaçırıb.

Movqe.az-ın məlumatına görə, meymun daha sonra uşağı quyuda boğub.

Uşağın anası qeyd edib ki, meymun qəflətən uşağı götürüb və evin damına qalxıb. Qısa müddət ərzində meymun oradan uzaqlaşıb. Bir müddət uşağı axtarsalar da, axtarışlar nəticə verməyib.

 

Növbəti gün uşağın meyiti quyuda aşkar edilib. Meymunun uşağı təsadüfən quyuya saldığı ehtimal olunur.

Hindistanda meymunların insanların yaşadığı ərazilərə hücumlar etməsi nadir hadisə deyil.

Trend