Minsk qrupunun həmsədrlərinin iştirakı ilə təmas xəttində iki gün monitorinq keçiriləcək
3 Aprel 2013 11:53 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına
uyğun olaraq aprelin 4-də Azərbaycanın Tərtər rayonunun
Tərtər-Ağdərə yolu və aprelin 5-də Ağdam rayonunun Ağdam-Bərdə yolu
üzərindəki təmas xəttində monitorinq keçirilməsi
planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a daxil olan
məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov və
ofisin maliyyə administrasiyasının rəhbəri Conattan Ferrabi
keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri
Xristo Xristov və Jiri Aberle keçirəcəklər. Monitorinq zamanı
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi 4 aprel tarixdə təmas xəttinin
Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal
olunmuş Ağdərə istiqamətinə, 5 aprel tarixdə isə təmas xəttinin
qarşı tərəfindən Bərdə istiqamətinə keçməyi planlaşdırırlar.