Qobustanda etiraz aksiyasına aydınlıq gətirildi

3 Aprel 2013 14:02 (UTC+04:00)

Qobustanda etiraz aksiyası keçirilməsi ilə bağlı İcra Hakimiyyəti tərəfindən rəsmi açıqlama verilib. Rayon icra başçısının müavini Anar Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün icra başçısı Adil Məmmədovun qəbul günüdür. Bu səbəbdən rayon sakinləri Cəngi kəndinə yığışıblar. Sakinlər öz problemlərini icra başçısına bildiriblər. Həqiqətən də, ora 100-dən çox insan yığılıb. Lakin heç bir aksiya, yaxud etiraz olmayıb.