E-imza alanların sayı 11000-i keçib
3 Aprel 2013 13:08 (UTC+04:00)
"Azərbaycanda e-imza alanların sayı sürətlə artır. Bu rəqəm
11000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi dövlət
qurumlarında genişlənir".
Bu sözləri Mövqe.az-a açıqlamasında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında Məlumat Hesablama mərkəzinin
direktoru Nail Mərdanov deyib. Onun sözlərinə görə, e-imzanın
praktiki olaraq tətbiqi dövlət orqanlarında üstünlük təşkil edir:
"Demək olar ki, e –imza alanların sayı hər gün artır. Vətəndaşın
dövlət qurumlarına müraciətini, qurumlar arası sənədləşmələri
asanlaşdırmaq üçün böyük əhəmiyyətə malik olan elektron imzaya
maraq sadə vətəndaşlar tərəfindən böyükdür".