Daşkənddə ümummili lider Heydər Əliyevin yubileyi keçiriləcək

3 Aprel 2013 14:03 (UTC+04:00)

Azərbaycanın Özbəkistandakı səfirliyi və "Özbəkistan-Azərbaycan" dostluq cəmiyyəti Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcəklər.


Mövqe.az-ın Milli Məclisin Mətbuat xidmətindən aldığı məlumata görə, tədbirdə çıxış etmək üçün Milli Məclisin üzvləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva Özbəkistana səfərə gediblər.


Deputatlarımız "Heydər Əliyev və Azərbaycanın müasir tarixi: Azərbaycan-Özbəkistan münasibətləri" mövzusunda konfransda çıxış edəcəklər. Tədbirin iştirakçılarına ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin inkişafında  Heydər Əliyevin rolu barədə məlumat veriləcək, müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndərin  həyat və fəaliyyətindən geniş söhbət açılacaq.