Ancelina Coli Əfqanıstanda məktəb açdırıb
3 Aprel 2013 15:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-lı məşhur
aktrisa Ancelina Coli,
Əfqanıstanda qız uşaqları
üçün ibtidai məktəb
tikdirib. Birləşmiş Millətlər
Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı
Xoş Məramlı Səfir Ancelina Colinin
paytaxt Kabil yaxınlığındakı
Tanq kəndində açdırdığı
ibtidai məktəbdə təxminən
300 qız şagird
təhsil alacaq. "E!
News" internet saytının
xəbərinə görə; aktrisa kəndi
çox sayda qaçqının yaşadığı üçün
seçib. Yaxın gələcəkdə
başqa ölkələrdə də
məktəblər açdırmaq
istədiyinə işarə edən Coli
Əfqanıstandakı məktəbin bu
baxımdan bir ilk
olduğunu söyləyib. Coli
məktəblər üçün lazımlı
pulu özünün hazırladığı
cəvahiratlardan ibarət olan
"Style of Jolie"
kolleksiyasının satışından
qarşılayacaq. Oskar
mükafatlı aktrisa,
"Ləl-cəvahirat
hazırlamağın verdiyi incəsənət həzzi
bir yana qalsın, əldə
edilən pulun ehtiyacı
olan uşaqların təhsili
üçün xərclənəcəyini bilmək,
çox böyük bir
qürurdur" deyib. Vyetnam,
Kamboca və Efiopyadan
3 uşağı övladlığa götürən
Coolinin Bred Pitlə
olan münasibətindən də 3
uşağı var.