Ancelina Colinin nişan üzüyünün sirri açılıb

3 Aprel 2013 16:27 (UTC+04:00)

Movqe.az "The Sun"a istinadən xəbər verir ki, məşhur aktrisa Ancelina Coli  son səfəri Afrikaya gedərkən barmağına taxdığı üzüklə diqqəti özünə cəlb edib. Lakin üzüyün ona aid olmadğı müəyyən olub. Belə ki, Bred Pit nənəsinə aid olan bu üzüyü həyat yoldaşı Ancelina Coliyə bağışlayıb. "Grazie" jurnalının xəbərinə görə isə aktrisa öz böyük briliyant üzüyünü Konqo və Rvanda ölkələrinə gedərkən taxmaq istəməyib. Yaxın mənbələrin verdiyi məlumata görə aktrisa kasıb bir ölkəyə gedərkən belə dəyərli üzüyün taxılmasını münasib bilməyib. Bred Pit isə Ancelinanın bu davranışını xoş qarşıladığını bildirib.