Dünyada ərzaq qiymətləri 8 faiz bahalaşıb

28 Aprel 2012 13:14 (UTC+04:00)
Dünyada ərzaq qiymətləri 8 faiz artıb. APA-nın xəbərinə görə, bu barədə Dünya Bankı məlumat açıqlayıb. Məlumata görə, dünyada ötən ilin dekabr ayından bu ilin mart ayına qədər olan ərzaq qiymətlərində bu qədər bahalaşma müşahidə olunub. Dünya Bankının təqdimatında bildirilir ki, ərzaq qiymət artımı neftin bahalaşması və dünyanın müxtəlif bölgələrində qış aylarında mövcud olmuş çətin hava şəraiti ilə əlaqədardır.