"Firefox"dan daha bir yenilik!

3 Aprel 2013 16:46 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyada ən çox üstünlük verilən brauzerlərdən olan Firefox skanerinin 20-ci versiyası nümayiş olunub. Yeni versiya ilə bir çox yenilik gəlib. Yeni distributivdə gizli rejimdə naviqasiya üçün bütün pəncərələrin bağlanmasına artıq ehtiyac yoxdur. Eyni anda həm gizli həm normal pəncərələr açıq qala bilir. Bununla yanaşı eyni tətbiq "Firefox"un Android versiyasında da istifadə edilə bilir. Yeni distributivdəki digər yenilik yükləmə idarəçisi ilə əlaqədardır. Artıq endirilən fayllar fərqli bir pəncərəyə keçməyə ehtiyac qalmadan izlənə bilir.
"Firefox"un Android versiyasında ən çox girilən internet saytlarının qısa yolları əsas ekranda yaradılan bilir.