"İtkin Balıq Nemo"nun davamı gəlir

3 Aprel 2013 17:45 (UTC+04:00)
"Finding Dory" 2015-ci il 25 noyabrda nümayiş olunacaq. Movqe.Az bildirir ki, "Finding Nemo" adı ilə filmin davamı çəkilir. Bu dəfə sualtı dünya, itkin düşən mavi balıq Dorini tapmaq üçün səfərbər olur. "Disney-Pixar Film" studiyası, "Finding Dory" filminin 25 noyabr 2015-ci ildə nümayişə girəcəyini açıqlayıb. Filmdə unutqan, şən Dorini səsləndirən Ellen DeGeneres, "Tam 10 ildir bu anı gözləyirdim. Amma gözlədiyimə dəydi. Ssenari möhtəşəmdir. Musiqili möcüzədir. İlk filmdə sevdiyimiz hər şey, bu filmdə var." deyib. Filmin rejissoru Andru Stanton, ilk filmin baş rolundakı kloun balığı Marlin ilə oğlu Nemodan əlavə, Nemonun qaçırıldığı zaman həbs edildiyi akvarium qrupunun da yeni filmdə təkrar tamaşaçı ilə görüşəcəyini söyləyib. Stanton, "Finding Dory" filmində yeni qəhrəmanların da iştirak edəcəyini balıqların Doryni tapmaq üçün Kaliforniya sahillərinə doğru uzun bir səfərə çıxacağını sözlərinə əlavə edib.