Bakıda Gül bayramına hazırlıqlar başladı

28 Aprel 2012 13:39 (UTC+04:00)

"Gül bayramı ilə əlaqədar artıq birinci gündən başlayaraq, Bakının rayonlarında tədbirlər keçiriləcək". Bu barədə Modern.az saytına Bakı Şəhər İcra Hakimiyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu tədbirlərdə münsiflər heyəti qiymətləndirmə aparıb qalibləri seçəcək və daha sonra hər rayon öz nümayəndələri ilə mayın 10-da keçriləcək əsas Gül bayramında təmsil olunacaq. Bunun ardınca isə Dənizkanarı parkda konsert və daha sonra atəşfəşanlıq olacaq. Qeyd edək ki, Gül bayramı hər il mayın 10-da Heydər Əliyev adına Respublika Sarayının qarşısındakı parkda keçirilir.