6 övladını yandırdı

3 Aprel 2013 17:43 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərənin Derbi şəhərində beş fərqli qadından düz 17 uşağı olan Mayk Filpot, arvadı Mairead ilə birgə uşaqlarının altısının olduğu evdə qəsdli olaraq yanğın çıxararaq ölümlərinə səbəb verməkdən təqsirkar bilinib. Cütlüyün yanğını Filpotun keçmiş sevgilisi Lisa Villisi günahlandıraraq qadının Filpotdan olan uşaqlarının valideynlik hüququnu götürməsinin qarşısını almaq üçün çıxartdığı da meydana çıxıb. Məhkəmədə Filpotun övladlarını dövlətdən yardımı almaq üçün istifadə etdiyi ildə dövlətdən düz 60 min sterlinq pul aldığı da açıqlanıb. Uzun müddətdir İngiltərənin gündəmində olan iddiada Filpotun illər əvvəl özünü tərk edən bir qadını bıçaqlayaraq öldürməyə təşəbbüs etdiyi üçün həbs olunduğu bu anda uşaqlarından birinin anasına təcavüz etdiyi iddiasıyla istintaq altında olduğu da bildirilib. Filpot arvadının təqsirkar tolduqlarının açıqlanmasından sonra bütün İngiltərədə xüsusilə hadisənin yaşandığı Derbi şəhərində xalq şənlik keçirib. Cütlüyün ailəsi qərardan xoşbəxt olduqlarını ifadə edib. Filpotun bacısı Daun Bestvik'' Ədalət yerini tapdı. Mayk, Paul Maireadın etdikləri ucbatından ailəmiz bir ildir çox çətin günlər keçirirdi. İndi 6 mələyimizin cənnətdə xoşbəxt olduqlarını düşünməkdən həyatımıza davam etməyə çalışmaqdan başqa edə biləcəyimiz bir şey yoxdur'' deyib.