TQDK sədri vətəndaşları qəbul edəcək

3 Aprel 2013 17:37 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri  Məleykə Abbaszadə tərəfindən cari ilin aprel  ayının 10-da Masallı şəhərində, 11-də isə Lənkəran şəhərində  vətəndaşların qəbulu keçiriləcək. 


Mövqe.az-ın məlumatına görə, Masallı şəhərində keçiriləcək qəbulda  Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayon sakinləri iştirak edə bilərlər. 


Lənkəran şəhərində keçiriləcək qəbulda   Lənkəran, Astara və  Lerik rayon  sakinləri iştirak edə bilərlər. 


Masallı şəhərində qəbul Gənclər  Mərkəzində  (Masallı şəhəri, Talışxanov küç., 73) keçiriləcək. 


Lənkəran şəhərində qəbul Heydər Əliyev Mərkəzində  (Lənkəran şəhəri, Xatirə parkı) keçiriləcək. 


Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Lənkəran regional bölməsinə müraciət etmələri (əlaqə tel: (02525) 5-24-82) xahiş olunur. 


Bundan əlavə, TQDK Lənkəran regional bölməsinin  əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Biləsuvar, Cəlilabad,  Yardımlı, Astara və  Lerik rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar: 


 


Biləsuvar rayonu üzrə - 05 aprel 2013-cü il,  


Cəlilabad rayonu üzrə - 05 aprel 2013-cü il, 


Masallı rayonu üzrə - 08 aprel 2013-cü il, 


Yardımlı rayonu üzrə - 08 aprel 2013-cü il, 


Astara rayonu üzrə - 09 aprel 2013-cü il, 


Lerik rayonu üzrə - 09 aprel 2013-cü il.