İranın nüvə obyektləri yoxlanıldı

16 Aprel 2018 15:22 (UTC+04:00)

Rusiyanın "Rosatom" şirkətinin mütəxəssisləri İranın Fordo nüvə obyektində yoxlamalar keçirib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, yoxlama Rusiya-İran birgə qaz sentrifuqaları kaskadının yenilənməsi ilə bağlı aparılıb.

Qeyd olunur ki, bu proses İranla beynəlxalq "altılıq" ölkələri arasında 2015-ci ildə əldə olunmuş birgə hərtərəfli fəaliyyət planına əsasən keçirilib.

 

Həmin nüvə obyektindəki iki kaskad 174 sentrifuqadan ibarətdir.

Bu yoxlamaların gələcəkdə də keçiriləcəyi bildirilib.