Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmaqda davam edir

4 Aprel 2013 11:04 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Göyarx və Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Ağdam rayonunun Şirvanlı, Qaraqaşlı və Cəvahirli, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.