Bakının bu ərazisi susuz qalacaq

17 Aprel 2018 10:22 (UTC+04:00)

Bakının bu ərazisində suyun verilməsində məhdudiyyət olacaq

"Azərsu" ASC-dən Movqe.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində yerləşən +152 "Alatava" su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar 17 aprel 2018-ci il tarixində gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.