Bakı-Quba yolunda faciə

17 Aprel 2018 10:40 (UTC+04:00)

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 1959-cu il təvəllüdlü Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub.

Piyada aldığı xəsarətdən ölüb.

Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Onun tutularaq istintaqa cəlb olunası istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.