“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb

17 Aprel 2018 11:45 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.
Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, loqotipin müəllifi Zaur Murad oğlu Həmzəyevdir.

Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə Azərbaycan Xalq Cümhuriyyəti İli çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunamq üçün nəzərdə tutulub.