Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib (FOTO)

17 Aprel 2018 14:46 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib.

Bu barədə Movqe.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib.