"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər" - Roza Zərgərli - FOTO

17 Aprel 2018 15:36 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib. Sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:

"Liposaksiya etdirmişəm. Neçə ildir omba sümüyündən əziyyət çəkirəm. Yeriməyimdə problem yaradırdı. Canım çox ağrıyır. Əməliyyat etdirdim ki, çəkim azalsın. Omba nahiyəsindəkə sümüyə düşən ağırlıq azalmalı idi. Həm də pəhriz saxlayıram. Ona görə də formam qabarıq görünür. Bu da vecimə deyil".

 

Roza sosial şəbəkədə onu erməni əsilli dünya ulduzu Kim Kardaşyana bənzədənlərə əsəbiləşib:

"Mənə Azərbaycanın Kim Kardaşyanı deyirlər. Ayıb olsun, mənim qədər vətənpərvər yoxdur. Bütün dövlət tədbirlərində necə iştirak edirəm. Məni o erməniyə bənzədirlər. Bunu da sifarişlə yazdırırlar. Dünən ortaya çıxan sıçovullar etdirir. Deyirlər, ay it, kimi tutarsan, deyir, çörək verəni".