Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri işdən çıxıb

17 Aprel 2018 16:24 (UTC+04:00)

 Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib. 

Movqe.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a faktı təsdiqləyərək bildirib ki, o, səhhəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.

Hazırda onu S.Əhmədova əvəz edir.

Liya Bayramova isə "Report"a açıqlamasında tutduğu vəzifədən getməsinin elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, L.Bayramova 2015-ci ildən həmin vəzifədə çalışırdı.