Serj Sarkisyan Ermənistanın baş naziri seçilib

17 Aprel 2018 17:47 (UTC+04:00)

Ermənistanın keçmiş prezidentiSerj Sarkisyan ölkənin baş naziri seçilib.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub.

Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Hazırda parlamentin üzvü, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyası keçirir.

Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.