Naxçıvana 3 ayda 100 minə yaxın turist gəlib

19 Aprel 2018 10:31 (UTC+04:00)

2018-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 248 turist gəlib.

Movqe.az xəbər verir ki, bu, 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Qeyd edək ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.