Dövlət qulluğu imtahanlarında keçid balını toplayanların sayı açıqlanıb

19 Aprel 2018 11:19 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu üzrə keçirilmiş imtahanlar nəticəsində keçid balını toplayan namizədlərin sayı açıqlanıb.
 
Movqe.az-ın xəbərinə görə, bu barədə “Dövlət qulluğu” jurnalının 4-cü nömrəsində bildirilir ki, DİM tərəfindən dövlət qulluğu üzrə keçirilmiş imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.
 
Jurnalda 2018-ci ilin I rübündə DİM tərəfindən dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər vəzifələr) və B (inzibati icraçı vəzifələr) növü vəzifələr üzrə 3 test imtahanının keçirildiyi də qeyd olunub.