İbrahim Tatlıses andını pozdu

4 Aprel 2013 15:42 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İbrahim Tatlısəs 1 martda vidalaşdığı "Twitter"a geri dönüb. Qərarını pərəstişkarlarıyla paylaşan Tatlısəs səhifəsinə "Bir daha hər hansı bir mövzu ilə əlaqədar ttvit yazsam, şərh belə etsəm Allah mənim cəzamə versin. Bundan sonra da tvitlər sizin olsun!"  yazmışdı. Məşhur müğənni 32 gün sonra ictimai mediaya geri dönüb. Tatlısəs dönüşünü "Tikanlar ucbatından güllərimi soldurub, boynu bükük qoya bilmərəm. Lazım olsa əlimi qanadaram, onlar bitər. Heç kəs inciməsin. Qayıdıram"sözlərilə bildirib.