Pentaqon özünümüdafiə qərarı alıb

4 Aprel 2013 15:10 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pentaqon, Şimali Koreyanın son hədə-qorxusuna qarşılıq, Asiya Sakit Okean sahillərindəki Quam adasına, mərmi müdafiə sistemi göndərmək qərarı alıb. Şimali Koreya, Amerikaya edəcəyi mümkün əməliyyatda, ordusuna nüvə silahı istifadə etməsi üçün səlahiyyət verdiyini bildirmişdi. Şimali Koreyadan təxminən 2 min dəniz mili uzaqlıqda yerləşən Quam, ABŞ-a aid olan bir bölgədir. "Terminal Yüksək Hündürlük Sahə Müdafiə Sistemi" adını daşıyan qurğunun, növbəti həftələrdə adaya yerləşdiriləcəyi bildirilib. Qərar eyni zamanda ABŞ xarici işlər naziri Con Kerri və Müdafiə naziri Çak Hagelin bölgədəki müttəfiqləri Yaponiya və Cənubi Koreyanı, Şimali Koreya hədə-qorxusuna qarşı müdafiə edəcəklərini demələrindən dərhal sonra gəlib.
ABŞ-ın bu addımına Şimali Koreya rəhbərliyindən ani cavab gəlib; Pyongyang, nüvə hücumuna hazır olduğu hədəsini təkrarlayıb Şərhdə, "Partlayış anı sürətlə yaxınlaşır." Ifadələri söylənilib