Zaqatala sakini bıçaqlandı

20 Aprel 2018 10:47 (UTC+04:00)

Zaqatalada 21 yaşlı oğlan həmkəndlisini bıçaqlayıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Qımır kənd sakinləri olan 1997-ci il təvəllüdlü Sabir Tərlan oğlu Gözəlov və 1987-ci il təvəllüdlü Fafiz Qurban oğlu Səmədov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Sabir Gözəlov əlində olan bıçaqla Fariz Səmədovun sol buduna xəsarət yetirərək hadisə yerindən qaçıb. Fariz Səmədova Zaqatala Mərkəzi Rayon Xəstəxanasında (MRX) lazımi tibbi yardım göstərilib, xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.