Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi (YENİLƏNİB)

21 Aprel 2018 12:16 (UTC+04:00)

İlk xəbər saat 12:04-də yayımlanıb

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.

X X X

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Movqe.az-ın məlumatına görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi məsələsinə baxılır.

İclasda Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın yeni baş naziri kimi təsdiqlənməsi müzakirəyə çıxarılıb.

Trend