Erməni artistlər fəxri adlardan imtına edirlər

22 Aprel 2018 20:08 (UTC+04:00)

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtına edirlər.

Movqe.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, "Kadans" musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan "Ermənistanın əməkdar mədəniyyət xadimi" fəxri adından imtına edib.

"Hakimiyyətinin özbaşınalığı üzündən, ölkənin vətənpərvərlərinin saxlanılmasına etiraz olaraq "Ermənistanın əməkdar mədəniyyət xadimi" adını daşımağa daha özüm üçün mümkün hesab etmirəm", deyə Babayan özünün "Facebook" səhifəsində yazıb.Trend