Energetika naziri: "Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır"

23 Aprel 2018 10:58 (UTC+04:00)

 "Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu". 

Movqe.az report-a istinadən xəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: "Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək".

Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: "Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də diqqət göstərir. Bu isə bir enerji mənbəyindən asılılığı azaldır".