Yerevanda 40-dan çox nümayişçi saxlanılıb

23 Aprel 2018 15:57 (UTC+04:00)

Ermənistanın paytaxt Yerevan şəhərindəki kütləvi iğtişaşlarla bağlı Xüsusi İstintaq Xidmətinin (XİX) açdığı cinayət işi üzrə 41 nəfər saxlanılıb.

Movqe.az xəbər verir ki, bu barədə report Ermənistan KİV-inə istinadən xəbər verir.

XİX-nin Mətbuat xidmətindən verilən məlumata görə, onların hamısı qanunsuz kütləvi toplanışlar təşkil etməkdə, keçirməkdə, hökumət nümayəndəsinə qarşı zor tətbiq etməkdə günahlandırılır.
milli.az