Rusiya XİN Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

23 Aprel 2018 18:15 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Yerevanda insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Movqe.az Trend-ə istinadən bildirir ki, bu müraciət Ermənistanda davam edən etiraz aksiyaları ilə əlaqədar edilib.

Qeyd edək ki, iki həftəyə yaxındır ki, Ermənistanda Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar davam edir. S.Sarkisyan aprelin 23-ü istefaya yollanıb.