Prezident İlham Əliyev Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad etdi

23 Aprel 2018 19:37 (UTC+04:00)

Prezident İlham Əliyev Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilsin.