Vəkili Hüseyn Abdullayevlə görüşdü: “Şəraitindən razıdır...”

24 Aprel 2018 12:08 (UTC+04:00)

Türkiyədə saxlanılaraq Azərbaycanda ekstradisiya edilən “Quska” ləqəbli Hüseyn Abdullayev vəkili ilə görüşüb.
 
Movqe.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil Ruhid Əkbərovun dediyinə görə, H. Abdullayev saxlanma yerindən və şəraitindən razıdır: “Səhhətində hər hansı problem yoxdur. Hazırda Vergilər Nazirliyinin İstintaq İdarəsində cinayət işi davam etdirilir. Hüseyn Abdullayevə ittiham elan edilib. Onun ittihamı qəbul edib-etməməsi ilə bağlı indi bir söz deyə bilmərik. Yaxın günlərdə əlavə məlumat veriləcək”.
 
R.Əkbərov qeyd edib ki, H.Abdullayev barəsində uzun müddət öncə həbsli-axtarış qərarı verildiyi üçün onun yenidən məhkəmə önünə çıxarılmasına ehtiyac olmayıb. Lakin “Quska”nın istintaq dövründə hansı müddətə həbsdə saxlanılacağı da qısa zamanda müəyyənləşəcək.
 
Qeyd edək ki, H.Abdullayev vergidən yayınmaqda ittiham edilir.