Yeni təhsil naziri kollektivə təqdim olundu

24 Aprel 2018 12:28 (UTC+04:00)

Azərbaycanın yeni təhsil naziri Ceyhun Bayramov kollektivə təqdim olunub. Movqe.az xəbər verir ki, naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov Azərbaycanın təhsil naziri təyin edilib.