Bakıda qadını döyüb 50 manatını aldılar

24 Aprel 2018 13:28 (UTC+04:00)

Bakıda soyğunçuluq hadisəsi baş verib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 22-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Cəmilə Quliyevaya zor tətbiq edib 50 manatını ondan alıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini Mehman Mahmudov 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.