Fransanın futbol əfsanəsi Anri Mişel öldü

24 Aprel 2018 18:30 (UTC+04:00)

Fransa futbol millisinin keçmiş oyunçusu və məşqçisi Anri Mişel 71 yaşında dünyasını dəyişib. Movqe.az-ın məlumatına görə, oyunçu karyerasının böyük hissəsini o, Fransanın "Nant" (1966-1982) komandasında keçirib. Fransa millisində isə onun hesabında 58 parlaq oyun var.

Futbolçu kimi karyerasını bitirdikdən sonra 1982-ci ildən Fransanın gənclərdən ibarət yığmasına məşqçilik edib və 1984-cü ildə Olimpiya Oyunlarının qalibi olub.