"Mercedes" 25 minə yaxın avtomobilini geri çağırıb

24 Aprel 2018 19:00 (UTC+04:00)

"Mercedes-Benz" şirkəti Rusiyada 25 minə yaxın avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər.

Qeyd edək ki, geri çağırılma 2014-2017-ci illərdə Rusiyada satılmış A, B, C, eləcə də CLA, GLA, GLC modellərinə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.