Daşkəsəndə 3 otaqlı ev yanıb

25 Aprel 2018 10:54 (UTC+04:00)

Daşkəsəndə 3 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Əmirvan kəndində ümumi sahəsi kv.m olan ikimərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 165 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.