Ağdaşda avtomobil aşıb, bir nəfər ölüb, üç nəfər xəsarət alıb

26 Aprel 2018 12:12 (UTC+04:00)

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Movqe.az-a verilən məlumata görə, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

 

Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.