“Taliban” hücüm etdi - 13 hərbçi öldürüldü

26 Aprel 2018 15:21 (UTC+04:00)

Əfqanıstanın Kunduz əyalətində "Taliban" terror təşkilatının hücumu nəticəsində 13 hərbçi həlak olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, "Taliban" silahlıları gecə saatlarında hərbçilərin mövqelərinə hücum edib. Hücum nəticəsində daha 9 nəfər yaralanıb.

 

Qeyd olunur ki, hücum "Taliban"ın yaz hücum əməliyyatlarının başlanğıcını elan etdikdən sonra baş verib.