Ermənistanın müvəqqəti baş naziri məsləhətləşmələr üçün Moskvaya gedib

26 Aprel 2018 15:36 (UTC+04:00)

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Armen Gevorkyan işgüzar məsləhətləşmələr üçün Moskvaya gedib.

Movqe.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlər Kabinetinin saytında yerləşdirilən bəyanatda deyilir ki, baş nazirin müavini elə bu gün axşam saatlarında Yerevana qayıdacaq.

 

Qeyd edək ki, Ermənistanda aprelin 13-dən etiraz aksiyaları keçirilir.